Azinfo » Xəbər » Sosial xəbərlər » İctimai iştirakçılıqla bağlı qanunvericilik təkmilləşdiriləcək

İctimai iştirakçılıqla bağlı qanunvericilik təkmilləşdiriləcək

Tarix : 23-05-2022   /   Xəbər / Sosial xəbərlər  
“İctimai iştirakçılıqla bağlı qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı bizə təkliflər daxil olur".

Bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev jurnalistlərə açıqlamasında deyib.

O deyib ki, təkliflər QHT Agentliyinin dəstəyi ilə regionlarda keçirilən zona müşavirələrində də səsləndirilir:

“Gələn ayın ortasında biz yekun konfransı Bakı şəhərində keçirərkən həmin təklifləri də orada səsləndirəcəyik. Ümumi təkliflər müzakirə edildikdən sonra Milli Məclisə təqdim olunacaq”.

Şərhlər: 0

Şərh yaz