Azinfo » Xəbər » Sosial xəbərlər » QİÇS-lə Mübarizə Mərkəzi pilot layihənin icrasına başlayıb

QİÇS-lə Mübarizə Mərkəzi pilot layihənin icrasına başlayıb

Tarix : 25-05-2022   /   Xəbər / Sosial xəbərlər  
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Qlobal Fondun dəstəyi ilə Azərbaycanda insanın immunçatışmazlığı virusunun (İİV) təmasdan öncə profilaktikası (TÖP - PrEP) adlı pilot layihənin icrasına başlayıb.

Səhiyyə Nazirliyindən  verilən xəbərə görə, bununla əlaqədar İİV-ə yoluxmağa həssas əhali qrup nümayəndələri arasında profilaktik işlər aparan qeyri-hökümət təşkilatlarının əməkdaşlarına təlim təşkil edilib. Məqsəd risk qrupuna aid şəxslərdə İİV-in yayılma səviyyəsinin və QİÇS-lə bağlı ölüm hallarının azaldılmasıdır.

Bu yeni metod riskli təmaslar zamanı İİV-ə yoluxmanın qarşısını almaqdan ötrü sağlam insanlar tərəfindən antiretroviruslu dərman vasitələrindən istifadəni nəzərdə tutur. İştirakçılara İİV/QİÇS-in yoluxma yolları, yayılması, profilaktik proqramların vacibliyi barədə məlumat verilir, dünyada və Azərbaycandakı mövcud epidemioloji vəziyyət təhlil edilir, hədəfə çatmaq üçün görüləcək işlər müzakirə olunur.

Şərhlər: 0

Şərh yaz