Azinfo » Xəbər » Sosial xəbərlər » Əmək bazarı üzrə işçi qrupunun Fəaliyyət Planı üzrə görüləcək işlər müzakirə olunub

Əmək bazarı üzrə işçi qrupunun Fəaliyyət Planı üzrə görüləcək işlər müzakirə olunub

Tarix : 26-05-2022   /   Xəbər / Sosial xəbərlər  
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək bazarı üzrə işçi qrupunun növbəti iclası keçirilib. İclasda işçi qrupunun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev, işçi qrupunun üzvləri olan dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və biznes strukturlarının nümayəndələri iştirak edib.
Nazirlikdən verilən xəbərə görə, ölkəmizdə əmək bazarının inkişafına, aktiv məşğulluq proqramlarının genişləndirilməsinə yönələn ardıcıl islahatların aparıldığı vurğulanıb. Bu islahatların əsas beynəlxalq indekslərdə Azərbaycanın əmək bazarı üzrə göstəricilərlə bağlı mövqeyinə də müsbət təsiri qeyd edilib.

Şərhlər: 0

Şərh yaz