Azinfo » Xəbər » Sosial xəbərlər » Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi təqaüdə göndərilib

Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi təqaüdə göndərilib

Tarix : 28-05-2022   /   Xəbər / Sosial xəbərlər  
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Əlaslan Ağayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Daxili İşlər Nazirliyindən  verilən xəbərə görə, bu münasibətlə Ə.Ağayevi qəbul edən nazir daxili işlər orqanlarında uzun müddət səmərəli fəaliyyət göstərdiyinə görə ona təşəkkürünü bildirib, bundan sonrakı həyatında uğurlar arzulayıb.

Şərhlər: 0

Şərh yaz