Azinfo » Xəbər » Sosial xəbərlər » Qazaxıstanın sabiq mədəniyyət və idman naziri həbs olunub

Qazaxıstanın sabiq mədəniyyət və idman naziri həbs olunub

Tarix : 29-05-2022   /   Xəbər / Sosial xəbərlər  
Məhkəmə dünən saxlanılan Qazaxıstanın sabiq mədəniyyət və idman naziri, hazırda Qazaxıstan Milli Muzeyinin direktoru olan Arıstanbek Məhəmmədiulı barəsində bu gün həbs-qətimkan tədbiri seçib.

RİA Novosti“ agentliyinin verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Antikorrupsiya Xidməti məlumat yayıb.

Sabiq nazir büdcə vəsaitlərini (336 min dollar) mənimsəməkdə təqsirli sayılır.

Qeyd edək ki, 2014-2019-cu illərdə mədəniyyət və idman naziri olmuş Arıstanbek Məhəmmədiulı 2019-cu ilin iyununda Milli Muzeyin direktoru təyin olunub.

Şərhlər: 0

Şərh yaz