Nazir: "DOST mərkəzlərinə könüllü kimi 60 min müraciət qeydə alınıb"
"Bu üç il ərzində DOST mərkəzlərinə könüllü kimi 60000 müraciət qeydə alınıb".Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev "Könüllü DOST" proqramının 3 illiyinə həsr olunmuş "Sosial sahədə könüllülük" forumunda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, könüllülər əhaliyə sosial xidmət göstərilməsinə töhfə verirlər:
"Bu say və bu könüllü ordusu əhaliyə sosail xidmət üçün ciddi işlər görür. 200 könüllü artıq bizim mərkəzlərimizdə işə düzəlib. Mərkəzlərin sayı artdıqca bu rəqəmlər də artacaq.
Şərhlər: 0
Şərh yaz
