Azinfo » Xəbər » Sosial xəbərlər » Son 4 ildə müavinətlər üzrə ayrılan illik vəsait 3 dəfə artıb

Son 4 ildə müavinətlər üzrə ayrılan illik vəsait 3 dəfə artıb

Tarix : 07-06-2022   /   Xəbər / Sosial xəbərlər  
Son 4 ildə həssas qruplara yönələn müavinət və təqaüdlərin, ünvanlı yardımların artırılması istiqamətində də ardıcıl olaraq mühüm addımlar atılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən  bildirilib ki, həmin sosial ödənişlərin əhatə dairəsi xeyli genişlənib.

Bu proseslər müvafiq istiqamətlər üzrə ayrılan vəsaitlərdə də ciddi artımlarla nəticələnir.

2018-2022-ci illərdə dövlət büdcəsindən müavinətlər üzrə ayrılan illik vəsaitin məbləği 3 dəfə, təqaüdlər üzrə ayrılan illik vəsaitin məbləği 5,1 dəfə artıb.

Ünvanlı sosial yardımla üzrə ayrılan illik vəsaitdə isə 30 faiz artım baş verib.

Şərhlər: 0

Şərh yaz