Azinfo » Xəbər » Sosial xəbərlər » BMU-nun ingilis dilində tədris aparılan ixtisaslarına qəbul dayandırılıb

BMU-nun ingilis dilində tədris aparılan ixtisaslarına qəbul dayandırılıb

Tarix : 07-06-2022   /   Xəbər / Sosial xəbərlər  
Bakı Mühəndislik Universiteti ingilis dilində tədris aparılan ixtisaslara qəbulun dayandırılmasına aydınlıq gətirib.

Universitetin mətbuat xidmətinin rəhbəri Elman Babayev  açıqlamasında bildirib ki, qəbul planı kadr və mütəxəssislərə olan tələbat nəzərə alınaraq hər il müvafiq dövlət qurumları tərəfindən təsdiqlənir:

"Bakı Mühəndislik Universitetinin ingilis dilində tədris aparılan iqtisadiyyat və pedaqoji ixtisaslarına növbəti tədris ili üçün qəbul nəzərdə tutulmayıb. Tədrisi Azərbaycan dilində aparılan iqtisadiyyat, pedaqoji və digər bütün ixtisaslar üzrə qəbul planı isə əvvəlki illərdə olduğu kimi saxlanılıb".

Şərhlər: 0

Şərh yaz