Bakıda 100-dən çox şagird inklüziv təhsilə cəlb edilib
2021-2022-ci tədris ilində Bakı şəhəri üzrə 5 ümumi təhsil müəssisəsində 112 şagird inklüziv təhsilə cəlb edilib.Bu barədə Bakı Şəhəri üzrə Təhsil idarəsinin 2021-2022-ci tədris ilinin yekunlarına dair hesabatında qeyd edilib.
Bildirilib ki, inklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir.
Şərhlər: 0
Şərh yaz
