Azinfo » Xəbər » Sosial xəbərlər » ANAMA: Azad edilmiş ərazilərdə daha 107 mina aşkarlanıb

ANAMA: Azad edilmiş ərazilərdə daha 107 mina aşkarlanıb

Tarix : 13-06-2022   /   Xəbər / Sosial xəbərlər  
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan  bildirilib ki, iyunun 6-dən iyunun 11-ədək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 96 piyada əleyhinə mina, 11 tank əleyhinə mina və 685 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 544 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Şərhlər: 0

Şərh yaz