Azinfo » Xəbər » Sosial xəbərlər » İsraildən olan səhiyyə ekspertləri ATU ilə təcrübə paylaşımı edir

İsraildən olan səhiyyə ekspertləri ATU ilə təcrübə paylaşımı edir

Tarix : 13-06-2022   /   Xəbər / Sosial xəbərlər  
İsraildən olan səhiyyə ekspertləri Azərbaycan Tibb Universiteti ilə təcrübə paylaşımı edir.

Bu barədə İsrailin Azərbaycandakı səfirliyi “Twitter“ də məlumat paylaşıb. Bildirilib ki, bu, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən humanitar layihənin bir hissəsidir.


“İsrail səhiyyə ekspertləri bu gün Bakıda Azərbaycan Tibb Universiteti ilə bilgi və təcrübə paylaşımı edirlər. Biz səhiyyə və təhsil sahələrində əməkdaşlığımızı dərinləşdiririk. Bu, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən humanitar layihənin bir hissəsidir”, - deyə məlumatda qeyd olunub.

Şərhlər: 0

Şərh yaz