Eldar Əzizov Binədə sakinlərlə görüşüb
Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov növbəti görüşünü Xəzər rayonu Binə qəsəbəsinin sakinləri ilə keçirib.Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən xəbərə görə, sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunan görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə yanaşı Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Bakı şəhərinin və Xəzər rayonunun bütün təsərrüfat və digər xidmət sahələrinin rəhbərləri iştirak edərək 3 saata yaxın ayaq üstə zala toplaşan 600 nəfərdən çox Binə sakininin müraciət və təkliflərini dinləyiblər.
Şərhlər: 0
Şərh yaz
