46 namizəd hakimlik üçün imtahan verib
Bu gün Dövlət İmtahan Mərkəzində hakimliyə namizədlərlə yazılı imtahan keçirilib.DİM-dən bildirilib ki, yazılı imtahanda test mərhələsindən 60 və daha artıq bal toplamış 46 namizəd iştirak edib
Namizədlər hüquqi kazus üzrə məhkəmə qərarlarının layihəsini tərtib etmək bacarıqlarını nümayiş etdiriblər.
İmtahan 4 saat davam edib. Nəticələr yazı işləri yoxlanıldıqdan sonra Hakimlərin Seçki Komitəsi tərəfindən elan olunacaq.
Şərhlər: 0
Şərh yaz
