Azinfo » Xəbər » Sosial xəbərlər » DIM V qrup və 9 illik bazadan kolleclərə qəbul olmaq istəyənlərə müraciət edib

DIM V qrup və 9 illik bazadan kolleclərə qəbul olmaq istəyənlərə müraciət edib

Tarix : 04-07-2022   /   Xəbər / Sosial xəbərlər  
V qrup və 9 illik bazadan kolleclərə qəbul olmaq üçün aşağıda verilmiş qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçmiş abituriyentlər imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən  verilən xəbərə görə, abituriyentlər Bakıda fəaliyyət göstərən aşağıdakı komissiyalar üzrə "İmtahana buraxılış vərəqələri"ni çap edə bilərlər. Digər komissiyalar üzrə buraxılış vərəqələrinin verilməsi haqqında məlumat veriləcək.

KomissiyaKomissiya kodu
Dekorativ tətbiqi sənət (ikinci imtahan)15
İnstrumental ifaçılıq (Bakı-AMK nəzdində Musiqi Kolleci)220
İnstrumental ifaçılıq (Bakı-digər müəssisələr)221
Xalq çalğı alətləri ifaçılığı (Bakı-AMK nəzdində Musiqi Kolleci)222
Bədii yaradıcılıq141
Xanəndəlik223
Klassik vokal224
Aşıq sənəti227
Xalq çalğı alətləri ifaçılığı (Bakı-digər müəssisələr)230

Musiqi sənəti və Teatr, kino və xoreoqrafiya sənəti istiqamətlərinin ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlər üçün onların şəxsi səhifələrində “İmtahan proqramı” forması yerləşdirilib. Abituriyent ixtisasına uyğun olan formanı çap etməli, ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir.

Gecikən abituriyentlər qabiliyyət imtahanına buraxılmayacaqlar.

Şərhlər: 0

Şərh yaz