BDU-da magistratura pilləsi üzrə vergi hüququ ixtisası yaradılır
Nazirlər Kabinetinin sərəncamı ilə 2022/2023-cü tədris ili üçün tələbə qəbulu təsdiq edilən ali təhsil müəssisələrinin ixtisasları siyahısına Bakı Dövlət Universitetində magistratura pilləsi üzrə vergi hüququ ixtisası əlavə olunub.Universitetdən verilən xəbərə görə, Sərəncama əsasən, Azərbaycan və ingilis dili bölmələri üzrə (hər birində 5 tələbə olmaqla) 10 nəfərin bu ixtisasa qəbulu planlaşdırılır. Əsas məqsəd iqtisadiyyat və hüquq elm sahələrinin inteqrativ tədrisi əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, habelə onun Tədris Mərkəzinin kadr potensialı imkanları və BDU-nun maddi-texniki və elmi potensialından istifadə edilməklə dövlət vergi orqanları ilə yanaşı, ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlər üçün vergi sahəsi üzrə ixtisaslı mütəxəssis hazırlığının həyata keçirilməsinə nail olmaqdır.
Şərhlər: 0
Şərh yaz
