Azinfo » Xəbər » Sosial xəbərlər » Avropa Azərbaycan Məktəbinin şagirdləri Tunisdə beynəlxalq festivalda uğurla çıxış edib

Avropa Azərbaycan Məktəbinin şagirdləri Tunisdə beynəlxalq festivalda uğurla çıxış edib

Tarix : 05-07-2022   /   Xəbər / Sosial xəbərlər  
Avropa Azərbaycan Məktəbinin (AAM) şagirdləri Tunisdə keçirilən beynəlxalq festivalda uğurla çıxış ediblər.

AAM-dən bildirilib ki, şagirdlərə dünyagörüşlərini genişləndirmək, Azərbaycanı beynəlxalq səhnələrdə təmsil etmək və ən yaxşı olmaq imkanı yaradılır.

Qeyd olunub ki, AAM-in şagirdləri “I-Fest Tunisia 2022”-də heyrətamiz nailiyyətlər əldə edib.

Hüseyn Mehdiyev və Tunar Karimov II, Sara Nabikoglu və Aydın Aslanlı festivalda III yeri tutub.

Onlar bu yerləri 40 ölkə və 1000-dən çox iştirakçı arasında qazanıblar. Şagirdlər, həmçinin, robot proqramlaşdırma dərslərində iştirak ediblər.
AAM şagirdləri təbrik edib, gələcək yarışmalarda uğurlar arzulayıb: “Avropa Azərbaycan Məktəbi həmişə sizinlədir!”

Şərhlər: 0

Şərh yaz