Azinfo » Xəbər » Sosial xəbərlər » Kəmaləddin Heydərov Yevlaxda vətəndaşları qəbul edəcək

Kəmaləddin Heydərov Yevlaxda vətəndaşları qəbul edəcək

Tarix : 05-07-2022   /   Xəbər / Sosial xəbərlər  
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Yevlaxda vətəndaşları qəbul edəcək.

Bildirilib ki, Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 8 iyul 2022-ci il tarixində Yevlax şəhərində, Nazirliyin Aran Regional Mərkəzinin inzibati binasında saat 11:00-dan Yevlax rayonu və Mingəçevir şəhəri sakinlərinin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 7 iyul 2022-ci il tarixində Nazirliyin Aran Regional Mərkəzinin inzibati binasında saat 09:00-da başlayacaq.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Şərhlər: 0

Şərh yaz