Azinfo » Xəbər » Sosial xəbərlər » MİDA: Güzəştli mənzillərin əvvəlcədən bronlaşdırılması iddialarının əsası yoxdur

MİDA: Güzəştli mənzillərin əvvəlcədən bronlaşdırılması iddialarının əsası yoxdur

Tarix : 09-07-2022   /   Xəbər / Sosial xəbərlər  
“MİDA-nın elan etdiyi güzəştli mənzil seçimi vasitəsilə ev alan şəxslərin orada yaşayıb-yaşamaması qaydalarla tənzimlənmir”.

Bunu Mənzil İnşaatı Dövlət Agentliyinin təşkil etdiyi mətbuat konfransında MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı deyib.

O qeyd edib ki, mənzili əldə etmək hüququ təsdiqlənmiş şəxsin mənzil əldə etmək hüququ var:
“Digər tərəfdən, Mənzil İnşaatı Dövlət Agentliyinə məxsus güzəştli mənzillərin əvvəlcədən bronlaşdırılması barədə iddiaların əsası yoxdur. Bütün mənzillər satış başlayan zaman aktiv olur. Sadəcə iş sürətli həyata keçirilir”.

Şərhlər: 0

Şərh yaz