Azinfo » Xəbər » Sosial xəbərlər » Müəllimlərin sertifikasiyasının ildə bir neçə dəfə keçirilməsi müzakirə mövzusu deyil

Müəllimlərin sertifikasiyasının ildə bir neçə dəfə keçirilməsi müzakirə mövzusu deyil

Tarix : 14-07-2022   /   Xəbər / Sosial xəbərlər  
Təhsil İnstitutu müəllimlərin sertifikasiyasının ildə bir neçə dəfə keçirilib-keçirilməyəcəyi məsələsinə aydınlıq gətirib.
İnstitutun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli  açıqlamasında bildirib ki, sertifikasiya müəllimlərin işə qəbul prosesindən daha fərqlidir.

Bu, hazırda sistemdə işləyən müəllimlərin yenidən imtahan olmasıdır:

“Burada bir məqam ondan ibarətdir ki, əgər biz müəllimləri yenidən imtahana çağırsaq tədris prosesi yubana bilər. Buna görə də sertifikasiyanın ildə bir neçə dəfə etmək müzakirə mövzusu deyil. Hazırda fokuslandığımız ibtidai sinif müəllimləri üzrə sertifikasiya imtahanlarını təşkil etməkdir”.

Şərhlər: 0

Şərh yaz