Azinfo » Xəbər » Sosial xəbərlər » Magistraturaya qəbul olanların qeydiyyatı başlayıb

Magistraturaya qəbul olanların qeydiyyatı başlayıb

Tarix : 15-07-2022   /   Xəbər / Sosial xəbərlər  
Bu gün saat 12:00-da ali təhsil pilləsinin magistratura səviyyəsinə sənəd qəbulu prosesinə start verilib.

Təhsil Nazirliyindən  verilən xəbərə görə, müraciətçilər https://portal.edu.az/ portalında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Eyni zamanda müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur.

Şərhlər: 0

Şərh yaz