Azinfo » Xəbər » Sosial xəbərlər » Sel və daşqınlarla mübarizə üçün 5 km sahilbərkitmə bəndləri salınacaq

Sel və daşqınlarla mübarizə üçün 5 km sahilbərkitmə bəndləri salınacaq

Tarix : 22-07-2022   /   Xəbər / Sosial xəbərlər  


2026-cı ilədək 5 km sahilbərkitmə bəndləri salınacaq.

Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.

Sənəddə qeyd edilib ki, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC, Kənd Təsürrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi ilə birgə 2026-cı ilədək sel və daşqınlara qarşı mübarizə üçün 5 km sahilbərkitmə bəndlərinin salınmasını təmin etməlidir. Bununla yanaşı adıçəkilən qurumlar kollektor-drenaj şəbəkələrinin 240 km hissəsinin bərpasını da həyata keçirməlidir.

Şərhlər: 0

Şərh yaz