Azinfo » Xəbər » Sosial xəbərlər » ƏƏSMN: Vətəndaşlara göstərilən elektron xidmətlər 150-yə çatdırılacaq

ƏƏSMN: Vətəndaşlara göstərilən elektron xidmətlər 150-yə çatdırılacaq

Tarix : 25-07-2022   /   Xəbər / Sosial xəbərlər  


İlin sonuna qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşlara göstərilən elektron xidmətlərin sayı 150-yə çatdırılacaq.

Bunu DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xidmətlərin elektronlaşdırılmasına dair görülmüş işlər və hədəflərlə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, əhaliyə göstərilən xidmətlərin 90 faizi tam elektronlaşmış olacaq.

"İl ərzində yeni proaktiv xidmət növlərinin də istifadəyə verilməsi gündəlikdə yer alan məsələlər siyahısındadır" - o qeyd edib.

Şərhlər: 0

Şərh yaz