Azinfo » Xəbər » Sosial xəbərlər » Təhsil naziri: “Müəllimlərin ən böyük problemi metodika ilə bağlıdır”

Təhsil naziri: “Müəllimlərin ən böyük problemi metodika ilə bağlıdır”

Tarix : 27-07-2022   /   Xəbər / Sosial xəbərlər  


Bəzi məktəblərimizdə maddi-texniki baza ilə bağlı problemlər var.

Bunu təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, Azərbaycanın bütün məktəblərində hər şeyi yaxşı eləmək elə də asan deyil:

“Bunun obyektiv və subyektiv səbəbləri var. Bu il 75 faizdən artıq şagirdin təhsil aldığı məktəb fiberoptik internetlə təmin ediləcək. Digər tərəfdən, sinifdə ağıllı lövhə asılıbsa, bu, o demək deyil ki, həmin şagirdlər daha yaxşı oxuyur. Yəni, ağıllı lövhə olmadan da yüksək nəticələr əldə etmək mümkündür. Bizim müəllimlərin əksəriyyətinin ən böyük problemi metodika ilə bağlıdır”.

Şərhlər: 0

Şərh yaz