Şəhid ailəsi üzvlərinin MİQ üzrə vakansiya seçimi yekunlaşıb

Şəhid ailəsi üzvləri üçün ümumtəhsil məktəblərinə vakansiya seçimi yekunlaşıb.
Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən xəbər verilib.
Bildirilib ki, 30 iyul-2 avqust tarixlərində keçirilmiş şəhid ailəsi üzvləri üçün vakansiya seçiminin nəticələri namizədlərin şəxsi səhifəsinə göndərilib.
Qeyd edək ki, növbəti mərhələdə digər namizədlər şəxsi kabinetlərinə daxil olaraq vakansiya seçimi edəcəklər.
Şərhlər: 0
Şərh yaz
