Azinfo » Xəbər » Sosial xəbərlər » ÜST Nümayəndəliyi qapalı məkanlarda maska qadağası məsələsinə münasibət bildirib

ÜST Nümayəndəliyi qapalı məkanlarda maska qadağası məsələsinə münasibət bildirib

Tarix : 31-03-2022   /   Xəbər / Sosial xəbərlər  

“COVID-19 xəstəliyinin yayılmasının qarşısını almaq istiqamətində tətbiq olunan karantin qaydaları bir sıra ölkələrdə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar olaraq yumşaldılsa da, unutmayaq ki, virus hələ də bizimlədir”.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyindən bildirilib. Qeyd edilib ki, maskadan istifadə və digər məhdudiyyətlərlə bağlı qərarlar epidemioloji vəziyyət nəzərə alınaraq verilir:

“Maska taxmaq xüsusilə qapalı yerlərdə virusa yoluxmanın qarşısını almaq üçün vacibdir. Bu səbəbdən hələ də bir çox ölkələrdə ictimai nəqliyyat kimi əhalinin sıx toplaşdığı yerlərdə maskadan istifadə qərarı qüvvədədir. Azərbaycanda maskadan istifadə ilə bağlı hər hansı qərarın qəbulu qarşıdakı müddətdə yoluxma hallarının sayından asılı olaraq veriləcək. Sərhədlərin açılması ilə bağlı qərar hər ölkənin öz səlahiyyətindədir və hökümətlər tərəfindən epidemioloji vəziyyətə uyğun tənzimlənir” – açıqlamada deyilib.

Şərhlər: 0

Şərh yaz