Azinfo » Xəbər » Sosial xəbərlər » Şuşada qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin siyahısı təsdiqlənib

Şuşada qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin siyahısı təsdiqlənib

Tarix : 12-08-2022   /   Xəbər / Sosial xəbərlər  
Nazirlər Kabineti “Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin Siyahısı”nı təsdiqləyib.

Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin siyahısı aşağıdakı kimidir:

Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin SİYAHISI
Sıra №-siSahibkarlıq fəaliyyəti növlərinin təsnifatı (AZT029-2008)Təsnifat kodu
123

Bitkiçilik və heyvandarlıq, ovçuluq və bu sahələrdə xidmətlərin göstərilməsi
(01492 - barama qurdunun yetişdirilməsi və barama istehsalı;
01491 - arı balının və arı mumunun istehsalı;
01611- bitkiçilik sahəsində xidmətlərin göstərilməsi istisna olmaqla)
01

Daş kömür və liqnit hasilatı05

Xam neft və təbii qaz hasilatı06

Metal filizlərin hasilatı07

Mədənçıxarma sənayesinin digər sahələri08

İçki istehsalı
(1107 - mineral sular və digər suların butulkalarda istehsalı;
alkoqolsuz içkilərin istehsalı istisna olmaqla)
11

Tütün məmulatlarının istehsalı12

Dərinin aşılanması, rənglənməsi və hazırlanması1511

Kağız və karton istehsalı
(1721 - büzmələnmiş karton, kağız, karton və kağız taraların istehsalı;
1722 - təsərrüfat-məişət və sanitariya-gigiyena təyinatlı kağız məmulatlarının istehsalı;
1723 - dəftərxana və kağız məmulatlarının istehsalı istisna olmaqla)
17
123

Koks və təmizlənmiş neft məhsullarının istehsalı19

Kimya sənayesi
(20420 - ətriyyat və kosmetika vasitələrinin istehsalı istisna olmaqla)
20

Rezin və plastmas məmulatların istehsalı
(22193 - müxtəlif növ möhürlərin və ştampların hazırlanması;
plastik qapı-pəncərə istehsalı istisna olmaqla)
22

Digər qeyri-metal mineral məhsulların istehsalı
(misgərlik fəaliyyəti qalayçılıq fəaliyyəti;
yeməkxana saxsı qablarının, digər təsərrüfat və tualet saxsı ləvazimatlarının istehsalı;
saxsı məmulatların istehsalı istisna olmaqla)
23

Metallurgiya sənayesi24

Elektrik avadanlıqlarının istehsalı27

Maşın və avadanlıqların istehsalı28

Avtomobil, qoşqu və yarımqoşquların istehsalı29

Sair nəqliyyat vasitələrinin istehsalı30

Qazın istehsalı35210

Təhlükəsiz tullantıların emalı və ləğv edilməsi3821

Təhlükəli tullantıların emalı və ləğv edilməsi3822

Digər tullantıların yığılması və məhv edilməsi
(zibilin və tullantıların yığılması və daşınması;
ictimai yerlərdə zibilin zibil yeşiklərinə yığılması və onların daşınması;
küçələrin, yolların, maşın dayanacaqlarının və s. süpürülməsi və sulanması;
qar və buzdan təmizlənmə istisna olmaqla)
39

Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması43112

Kəşfiyyat qazıntısı43130
123

Taxılın, emal olunmamış tütünün, toxumların və heyvanlar üçün yemin topdan satışı46210

Diri heyvanların topdan satışı46230

Dəri və gönün topdan satışı46240

Kənd təsərrüfatı maşınlarının və avadanlıqlarının topdan satışı46610

Dəzgahların topdan satışı46620

Dağ-mədən və tikinti, o cümlədən mülki tikinti üçün maşın və avadanlıqların topdan satışı46630

Yanacağın topdan satışı4671

Metal və metal filizinin topdan satışı4672

Meşə materiallarının, tikinti materiallarının və sanitar- texniki avadanlıqların topdan satışı46730

Gübrə və aqrokimyəvi məhsulların topdan satışı46752

Tullantıların və qırıntıların topdan satışı46770

Şərhlər: 0

Şərh yaz