FHN yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirləri keçirib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müəssisə və təşkilatlarda silsilə maarifləndirmə tədbirləri keçirib.Bu çərçivədə, Xidmət tərəfindən FHN-in Bakı Regional Mərkəzinin əməkdaşlarının iştirakı ilə Bakı şəhəri, Suraxanı rayon 13 saylı Birləşmiş Şəhər Xəstəxanasında, Nərimanov rayonunda yerləşən Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda, Şimal-qərb Regional Mərkəzinin əməkdaşlarının iştirakı ilə Şamaxı regional “ASAN xidmət” mərkəzində, “Avromed Company” QSC-nin Şamaxı filialında, habelə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində, “Azərenerji” ASC-nin Şuşa, Zəngilan, Ağdam şəhərlərinin 110/35/10 kv-luq yarımstansiyalarında, “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzində və “Azəristiliktəchizat” ASC-nin Şuşa İstilik Sistemləri İstismar Sahəsində yanğına qarşı maarifləndirmə tədbirləri keçirilib.
Şərhlər: 0
Şərh yaz
