Azinfo » Xəbər » Sosial xəbərlər » Samuxda İcra Hakimiyyəti qarşısında özünü yandıran şəxsin vəziyyəti ağırdır

Samuxda İcra Hakimiyyəti qarşısında özünü yandıran şəxsin vəziyyəti ağırdır

Tarix : 19-08-2022   /   Xəbər / Sosial xəbərlər  


Ötən gün Samux Rayon İcra Hakimiyyətinin qarşısında özünü yandıran şəxsin vəziyyəti açıqlanıb.

TƏBİB-dən bildirilib ki, vətəndaş Təbriz Abdullayev 18.08.2022-ci il saat 16:30 radələrində Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə bədəninin 75-80% yanığı, III-IV dərəcəli termiki alov xəsarəti ilə daxil olub.

Hazırda reanimasiya şöbəsində həkim nəzarəti altındadır, vəziyyəti ağırdır.

Qeyd edək ki, Təbriz Abdullayevin Vətən Müharibəsi iştirakçısı, qazi olduğu bildirilir.

Şərhlər: 0

Şərh yaz