Azinfo » Xəbər » Sosial xəbərlər » Elm və Təhsil Nazirliyi tabeliyində Agentliklərin yaradılması işlərinə başlanılıb

Elm və Təhsil Nazirliyi tabeliyində Agentliklərin yaradılması işlərinə başlanılıb

Tarix : 23-08-2022   /   Xəbər / Sosial xəbərlər  


Elm və Təhsil Nazirliyi tabeliyində agentliklərin yaradılması istiqamətində işlərə başlanılıb.

Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, yaxın vaxtlarda bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Nazir qeyd edib ki, hələ də struktur islahatının Azərbaycan Milli Elmlər Akademiyasının ləğv olunduğunu bildirirmi və ya elm adamları Elm və Təhsil Nazirliyinin necə olacağı ilə bağlı suallar var:

"Dünyanın bir çox ölkələrində Elm və Təhsil Nazirliyi var. Amma elm və təhsil naziri akademik olmur. AMEA yenə də fəaliyyətini davam etdirir.

Fərmanda da qeyd edilib ki, hər iki qurum özünün yeni Nizamnamələrini, əsasnamələrini hazırlayıb Prezidentə təqdim etməlidir".

Şərhlər: 0

Şərh yaz