Azinfo » Xəbər » Sosial xəbərlər » Səhiyyə Nazirliyi rezidenturaya qəbul olunanlara müraciət edib - CƏDVƏL

Səhiyyə Nazirliyi rezidenturaya qəbul olunanlara müraciət edib - CƏDVƏL

Tarix : 05-09-2022   /   Xəbər / Sosial xəbərlər  
2022/2023-cü tədris ili üçün Azərbaycan Tibb Universitetinin, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Baki filialının rezidenturasına qəbul olmuş şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə mülki-hüquq müqaviləsi bağlamalı və qeydiyyatdan keçməlidirlər.

Səhiyyə Nazirliyindən  verilən xəbərə görə, rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.

Rezidenturaya qəbul olmuş şəxslər portal.edu.az platformasında qeydiyatdan keçdikdən sonra 12.09.2022-ci il tarixindən 15.09.2022-ci il tarixinədək Dövlət İmtahan Mərkəzinin elektron xidməti çərçivəsində yaradılmış “Şəxsi kabinet”inin istifadəçi adını, namizədin elektron ərizəsinin iş nömrəsini və siyahıda göstərilən sənədlərin əslini və surətini qeyd olunan tarixdə və ünvanda şəxsən təqdim etməlidirlər:
  • Azərbaycan Respublikasının vətəndaşları – şəxsiyyət vəsiqələrini, əcnəbilər – pasportlarını və (və ya) icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər – yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini;
  • əsas (baza ali) tibb təhsili haqqında sənədi: cari ilin məzunları – təhsil müəssisəsi tərəfindən verilən arayışı, əvvəlki illərin məzunları – diplomu;
  • xarici ölkələrdə ali təhsil almış şəxslər - Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri;
  • xarici ölkələrdə ali ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçmiş Azərbaycan Respublikasının vətəndaşları olan həkimlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilən “Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə”ni.
Tarix və saatİxtisasların adı
13 sentyabr
saat
10:00-13:00


Anesteziologiya-reanimatologiya
Ümumi cərrahiyyə
Neyrocərrahiyyə
Plastik cərrahiyyə
Ürək-damar cərrahiyyəsi
Uşaq cərrahiyyəsi
Otorinolarinqologiya
Travmatologiya-ortopediya
Onkologiya
Urologiya
Oftalmologiya
Şüa terapiyası
saat
13.00-15:00


Şüa diaqnostikası
Üz-çənə cərrahiyyəsi
Sosial gigiyena və səhiyyənin təşkili
Gigiyena
Tibbi mikrobiologiya
Laboratoriya işi
Tibbi genetika
14 sentyabr
saat
10:00-13:00


Mamalıq-ginekologiya
Psixiatriya
Nevrologiya
Daxili xəstəliklər
Kardiologiya
Nefrologiya
Qastroenterologiya
Hematologiya
Dermatovenerologiya
Allerqologiya və immunologiya
Yoluxucu xəstəliklər
Uşaq və yeniyetmə psixiatriyası
Uşaq endokrinologiyası
Uşaq nefrologiyası
Uşaq nevrologiyası
Uşaq qastroenterologiyası
Uşaq yoluxucu xəstəlikləri
Uşaq ürək-damar cərrahiyyəsi
saat
13.00-15:00


Revmatologiya
Endokrinologiya
Narkologiya
Fizioterapiya və tibbi bərpa
Ftiziatriya
Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza
Pediatriya
Epidemiologiya
Ailə təbabəti
Nüvə təbabəti
Endodontiya
Parodontologiya
Restorativ stomatologiya
Ortopedik stomatologiya
Uşaq stomatologiyası
Ortodontiya
Uşaq urologiyası
Uşaq kardiologiyası
Neonatologiya

Şərhlər: 0

Şərh yaz