“Keşikçidağ”da insan skeletləri və maddi-mədəniyyət nümunələri tapılıb
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov institutun əməkdaşları professor Hidayət Cəfərov və tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov Ağstafa rayonu ərazisində yerləşən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda aparılan arxeoloji qazıntı işləri ilə tanış olublar.Qurumdan verilən xəbərə görə, ərazidə aparılan qazıntıların rəhbəri tarix üzrə fəlsəfə doktoru, dosent Səfər Aşurovdur.
Tədqiqatlar nəticəsində kurqan çölündə diametri 21 metr olan, ətrafı kromlexlə əhatələnmiş e.ə. I minilliyin ilk yarısına aid qəbir abidəsi tapılıb. İki kameradan ibarət kurqandan insan skeletləri və maddi-mədəniyyət nümunələri aşkar olunub.
Qoruğun direktoru Musa Mursaquliyev aparılan arxeoloji qazıntı işlərindən tam razı qaldığını söyləyib.
Şərhlər: 0
Şərh yaz
