Azinfo » Xəbər » Sosial xəbərlər » UNİCEF mina təhlükəsi ilə bağlı 100 mindən çox insana təlimlər keçib

UNİCEF mina təhlükəsi ilə bağlı 100 mindən çox insana təlimlər keçib

Tarix : 05-09-2022   /   Xəbər / Sosial xəbərlər  
UNİCEF tərəfindən mina təhlükəsi ilə bağlı 100 mindən çox insana təlimlər keçirilib, 20 min uşaqla maarifləndirici söhbət aparmışıq.

Bunu ANAMA-nın yeni loqosunun təqdimat mərasimində UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Heykens deyib.

O bildirib ki, bu sahədə bilik və bacarığa böyük ehtiyac var: "Mina təhlükəsi ilə bağlı maarifləndirici tədbirləri genişləndirmək lazımdır. Peşəkar şəxslərin yetişdirilməsi işləri aparılmalıdır. Qeyri-standart hallar tapıb icad eləmiliyik ki, insanlara xeyrimiz dəysin. Kommunikasiya işlərində ardıcıllıq olmalıdır. Mina və partladılmamış sursatların bağlı təhlükə məcburi köçkünlər öz evlərinə qayıtdıqca daha da artacaq. Bunun üçün daha çox maarifləndirici tədbirlərə ehtiyac var".

Şərhlər: 0

Şərh yaz