Azinfo » Xəbər » Sosial xəbərlər » Bu il MİQ imtahanlarında iştirak üçün müraciət edən namizədlərin sayı açıqlanıb

Bu il MİQ imtahanlarında iştirak üçün müraciət edən namizədlərin sayı açıqlanıb

Tarix : 08-09-2022   /   Xəbər / Sosial xəbərlər  
Bu il 60 002 namizəd MİQ imtahanlarında iştirak etmək üçün müraciət edib.

Bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

O bildirib ki, 54 804 nəfər qeydiyyatını təsdiqləyərək, test imtahanı mərhələsinə dəvət olunub.

"Təəssüf ki, 10 minə yaxın namizəd imtahana gəlməyib. Beləliklə, imtahanlarda 44 300 namizəd iştirak edib. Bu il musiqi, təsviri incəsənət və kimya üzrə vakant yerlərin sayı daha çox olub".

Qeyd edək ki, bu il müsabiqəyə ümumilikdə 9805 vakant yer çıxarılıb.

Şərhlər: 0

Şərh yaz