Azinfo » Xəbər » Sosial xəbərlər » II Elizabetin vəfatı ilə əlaqədar Britaniyanın Azərbaycandakı səfirliyində bayraqlar endirilib

II Elizabetin vəfatı ilə əlaqədar Britaniyanın Azərbaycandakı səfirliyində bayraqlar endirilib

Tarix : 09-09-2022   /   Xəbər / Sosial xəbərlər  
Böyük Britaniya Kraliçası II Elizabetin vəfatı ilə əlaqədar Britaniyanın Azərbaycandakı səfirliyində bayraqlar endirilib.

Bu barədə  Britaniya səfirliyindən bildirilib.

Qeyd olunub ki, Kraliçanın vəfatı ilə əlaqədar həm səfirin iqamətgahında həm də səfirlikdə bayraqlar endirilib.

Britaniyanın Azərbaycandakı səfiri Fergus Ould da bununla bağlı "Twitter" hesabında paylaşım edib.

Xatırladaq ki, Kraliça II Elizabet sentyabrın 8-də vəfat edib.

Şərhlər: 0

Şərh yaz