Azərbaycanda 5-ci ikili diplom beynəlxalq proqramı hazırlanır
"2019-2023 Dövlət Proqram" çərçivəsində 2 bakalavriat, 2 magistratura İkili diplom proqramı olmaqla, 4 beynəlxalq ikili diplom proqramı həyata keçirilir.Bunu "2019-2023 Dövlət Proqramı" İdarəetmə Qrupunun rəhbəri Turan Topalova "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.
O bildirib ki, 5-ci proqramın icrası isə hazırlıq mərhələsindədir.
"Bu ilin sonuna qədər işlərin yekunlaşacağı gözlənilir. Hazırda 558 tələbə ikili diplom proqramı üzrə təhsil alır. Artıq 42 məzun proqramı tamamlayaraq məzun olub və işlə təmin olunublar".
Şərhlər: 0
Şərh yaz
