Azinfo » Xəbər » Sosial xəbərlər » Bu gün Azərbaycanda "Bilik günü" qeyd edilir

Bu gün Azərbaycanda "Bilik günü" qeyd edilir

Tarix : 15-09-2022   /   Xəbər / Sosial xəbərlər  
Bu gün Azərbaycanda "Bilik günü" qeyd edilir.

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən çoxsaylı hərbi qulluqçumuz şəhid olub.

Bununla əlaqədar olaraq, ümumtəhsil məktəblərinin rəhbər və pedaqoji heyətinə 15 sentyabr – “Bilik Günü”nün təntənəli şəkildə qeyd edilməməsi tapşırılıb.

Məktəblərdə ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.

2022-2023-cü tədris ilində ümumi təhsil müəssisələrində 1 milyon 610 min şagird təhsil alacaq. Onlardan 152 minə yaxını birinci sinfə gedir. 147 029 şagird IX sinifdə, 100 455 şagird isə XI sinifdə təhsil alacaq.

Şərhlər: 0

Şərh yaz