Azinfo » Xəbər » Sosial xəbərlər » Türkiyənin İnsani Yardım Fondu: ANAMA ilə birgə protez və ortezlər düzəldirik

Türkiyənin İnsani Yardım Fondu: ANAMA ilə birgə protez və ortezlər düzəldirik

Tarix : 01-04-2022   /   Xəbər / Sosial xəbərlər  

“Minalarla mübarizə sadəcə Azərbaycanın deyil, bütün dünyanın problemidir”.

Bu barədə azərbaycanlı jurnalistlərə açıqlamasında Türkiyənin İnsan Haqları və Azadlıqları İnsani Yardım Fondunun (İHH) nümayəndəsi Mehmet Altıntaş deyib.

O qeyd edib ki, problemin miqyasının böyüklüyünə baxmayaraq minalarla mübarizə dünyada çox az şəkildə dəstəklənir.

“Bu mübarizəyə dəstək verməyimizin səbəbi sadəcə azərbaycanlı qardaşlarımız deyil. Bilirsiniz ki, bu gün Kambocada, Bosniyada, Əfqanıstanda, Suriyada xeyli insan müharibə qurbanlarıdır, xəsarət alıblar. Biz də qürur hissi ilə ANAMA-nın bir çalışmasına qatılmışıq. Belə ki, müharibə zamanı xəsarət almış, minaya düşmüş azərbaycanlı qardaş-bacılarımız üçün ANAMA ilə birgə protez və ortezlər düzəldirik”, - deyə o bildirib.

Şərhlər: 0

Şərh yaz