Azərbaycan mülki işlər üzrə məhkəmə sənədlərinin xaricdə təqdim edilməsinə dair Konvensiyaya qoşulur
Milli Məclis “Mülki və ya ticarət işləri üzrə məhkəmə və qeyri-məhkəmə sənədlərinin xaricdə təqdim edilməsi haqqında” Konvensiyanı təsdiqləyəcək.Bu barədə qanun layihəsi parlamentə daxil olub.
“Mülki və ya ticarət işləri üzrə məhkəmə və qeyri-məhkəmə sənədlərinin xaricdə təqdim edilməsi haqqında” Konvensiyanın təsdiq edilməsi barədə” qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 23-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Şərhlər: 0
Şərh yaz
