Azinfo » Xəbər » Sosial xəbərlər » Baş Prokurorluq əməkdaşları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Baş Prokurorluq əməkdaşları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Tarix : 01-10-2022   /   Xəbər / Sosial xəbərlər  
Azərbaycan prokurorluq orqanlarının yaradılmasından 104 il keçir.

İldönümü münasibətilə baş prokuror Kamran Əliyev və Baş Prokurorluğun əməkdaşları Fəxri xiyabanı ziyarət edib.
Ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilərək məzarı önünə əklil qoyulub. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarı ziyarət edilib.

Daha sonra Baş prokuror və prokurorluq əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər.

Şərhlər: 0

Şərh yaz