Azinfo » Xəbər » Sosial xəbərlər » AMEA-nın növbəti Ümumi yığıncağı aprelin 22-də keçiriləcək

AMEA-nın növbəti Ümumi yığıncağı aprelin 22-də keçiriləcək

Tarix : 01-04-2022   /   Xəbər / Sosial xəbərlər  

Aprelin 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Akademiyadan  AMEA-nın prezidenti v.i.e, akademik Arif Həşimov və Rəyasət Heyətinin digər üzvləri iştirak ediblər.

Tədbiri akademik Arif Həşimov giriş sözü ilə açaraq yığıncağın gündəliyi barədə məlumat verib.

İclasda gündəliyə çıxarılan ilk məsələ AMEA-nın növbəti Ümumi yığıncağının keçirilməsi haqqında olub.

Mövzu ilə bağlı çıxış edən akademik Arif Həşimov bildirib ki, Ümumi yığıncaqda AMEA-nın 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı elmi bölmələrin hesabatının dinlənilməsi nəzərdə tutulur.

Bir sıra təşkilati müzakirələrdən sonra Rəyasət Heyəti nizamnaməyə uyğun olaraq, AMEA-nın növbəti Ümumi yığıncağının cari ilin aprel ayının 22-də keçirilməsini məqsədəuyğun hesab edib və akademiyanın elmi müəssisə və təşkilatlarında əldə olunan nailiyyətlərin Ümumi yığıncaqda sərgilənməsinə dair müvafiq tapşırıqlar verilib.

Bundan əlavə, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının tərkibində qismən, eləcə də Dendrologiya İnstitutunun Elmi şurasının tərkibində dəyişikliklər edilib.

İclasda bir sıra kadr məsələlərinə də baxılıb.

Şərhlər: 0

Şərh yaz