Azinfo » Xəbər » Sosial xəbərlər » Baş Prokuror: Gəncəyə raket hücumu edənlər axtarışa verilib

Baş Prokuror: Gəncəyə raket hücumu edənlər axtarışa verilib

Tarix : 12-10-2022   /   Xəbər / Sosial xəbərlər  
Ermənilər şəhərlərimizə atdıqları raket zərbələrinin nəticəsində ən çox tələfat və dağıntı Gəncəyə olub.

Bunu Gəncədə jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, həmin dövrdə 3 ailə tamamilə məhv olunub, 6 uşaq həlak olub: “Biz bunların hamısını xatırlayırıq. Həmin dövrdə bunlara cavab olaraq, Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz döyüş meydanında irəliləyir, düşmənə layiqincə cavab verir, torpaqlarımızı işğaldan azad edirdi. Ermənilər aciz duruma düşmüşdü. Bu səbəbdən bizim mülki şəhərlərimizə raket zərbələri endirirdilər. Bu hadisələrlə Baş Prokurorluqda 3 cinayət işi qaldırılıb. Hadisəni törədən şəxslər müəyyən olunub. Hərbi-siyasi tapşırığı verənlər və icra edənlər tərəfimizdən axtarışa verilib”.

Şərhlər: 0

Şərh yaz