İTSDA: 986 autizmli uşağın reabilitasiyası ilə bağlı müsbət nəticə var

“Son 15 il ərzində dünyada autizmli uşaqların sayında 2,5 dəfə artım var”.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva “Multidisiplinar yanaşma və inklüzivlik” mövzusunda III Beynəlxalq Autizm “ABA” konfransında deyib.
Onun sözlərinə görə, autizmli uşaqların həyat şəraitinin yaxşılaşdırılması prioritetdir.
Aynur Sofiyeva bildirib ki, autizmli uşaqların bütün xidmətlərə çıxışının və onların inteqrasiyanın təmin olunması əsas məqsədlərdəndir.
Sədr müavini 2021-ci ilin sonunda Türkiyəyə səfər etdiklərini xatırladıb və əlavə edib ki, səfər çərçivəsində autizmli uşaqlarla bağlı Türkiyənin təcrübəsi öyrənilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) İdarə Heyəti sədrinin müavini Nigar Bayramova isə vurğulayıb ki, 986 autizmli uşağın reabilitasiyası ilə bağlı müsbət nəticələr var.
Şərhlər: 0
Şərh yaz
