Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini: “Bu gün akademik köçürmənin hüquqi bazası yoxdur”
“Bu gün akademik köçürmənin, bərpanın hüquqi bazası yoxdur”.Bunu bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclasında “Təhsil haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.
O bildirib ki, bu da müəyyən qanunsuzluğa səbəb olurdu: “Kənd təsərrüfatı ixtisasına qəbul olanlar köçürülmə yolu ilə mühəndisliyə keçirdilər və s. Ona görə bu dəyişikliklər çox mütərəqqidir”.
Şərhlər: 0
Şərh yaz
