Azinfo » Xəbər » Sosial xəbərlər » Kolleclərdən tələbələrin xaric olunması qaydası hazırlanacaq

Kolleclərdən tələbələrin xaric olunması qaydası hazırlanacaq

Tarix : 19-10-2022   /   Xəbər / Sosial xəbərlər  
Orta ixtisas təhsil müəssisələrində təhsilalanların təhsilini müvəqqəti dayandırması qaydası hazırlanacaq.

Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, orta ixtisas təhsil müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını da müəyyən etmək dövlətin vəzifəsi sayılacaq.

Şərhlər: 0

Şərh yaz