Azinfo » Xəbər » Sosial xəbərlər » Ceyhun Məmmədov: “Universitetlərdə çoxlu tənzimlənməyən məsələlər var”

Ceyhun Məmmədov: “Universitetlərdə çoxlu tənzimlənməyən məsələlər var”

Tarix : 19-10-2022   /   Xəbər / Sosial xəbərlər  
“Bu gün universitetlərdə çoxlu tənzimlənməyən məsələlər var”.

Bunu Milli Məclisin Elm və Təhsil komitəsinin bu gün keçirilən “Təhsil haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, yeni hazırlanan “Ali təhsil haqqında” qanun layihəsində bu məsələlər öz əksini tapır: “Digər tərəfdən, sonra vaxtlar qanundan çox qaydaya daha çox yönəlirik. İdarəçiliyin tam mərkəzləşdirilməsi prosesi gedir. Amma bəzən regionda yaranan problemin bu şəkildə həlli üçün xeyli vaxt lazım olur. Bu məsələni də araşdırmalıyıq”.

Şərhlər: 0

Şərh yaz