Azinfo » Xəbər » Sosial xəbərlər » Nazir: Azad edilmiş ərazilər iqlim dəyişmələrinin təsirinin azaldılması üçün yeni imkan yaradıb

Nazir: Azad edilmiş ərazilər iqlim dəyişmələrinin təsirinin azaldılması üçün yeni imkan yaradıb

Tarix : 02-11-2022   /   Xəbər / Sosial xəbərlər  
“Dövlət investisiyası çərçivəsində hidrometeoroloji müşahidə şəbəkəsinin modernləşdirilməsi həyata keçirilir. Ölkə ərazisində fəaliyyət göstərən avtmatlaşdırılmış stansiyalardan və radarlardan daxil olmuş operativ məlumatlar yeni yaradılmış stansiya mərkəzinə ötürülür və ciddi təhlil olunur”.

Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib. Onun sözlərinə görə, ötən il Qlazqo şəhərində keçirilən sammitdə ölkəmiz 2050-ci ilə qədər istixana effektli qaz investisiyalarının səviyyəsini 40 faizə qədər azaltmaqla bağlı şərti hədəf qoyub, işğaldan azad edilmiş ərazilərdə sıfır emissiya zonasının yaradılmasını bəyan edib:

“Ərazilərimizin təxminən 30 ildən sonra işğaldan azad edilməsi iqlim dəyişmələrinin təsirinin yumşaldılması və azaldılması üçün yeni imkan yaradıb. Həmin ərazilərin bərpası zamanı yaşıl kənd təsərrüfatı, ağıllı kənd və ağıllı şəhər konsepsiyalarının tətbiqi, ekoloji təmiz texnologiyaların, bərpa olunan enerji mənbələrindən istifadə bu ərazilərin dayanıqlı inkişafında mühüm rol oynayacaq. Burada yaşıl enerji zonalarının yaradılması və meşələrin bərpası iqlim dəyişmələrinin təsirinin yumşaldılması hədəflərinə çatmağa imkan verəcək”.

Şərhlər: 0

Şərh yaz