Azinfo » Xəbər » Sosial xəbərlər » Müharibə veteranları üçün Polşa-Azərbaycan yardım layihəsi yekunlaşıb

Müharibə veteranları üçün Polşa-Azərbaycan yardım layihəsi yekunlaşıb

Tarix : 04-11-2022   /   Xəbər / Sosial xəbərlər  
Polşa-Azərbaycan yardım layihəsi - “Biz kömək etmək üçün buradayıq” yekunlaşıb.

Polşanın Azərbaycandakı səfirliyinə istinadən xəbər veririk ki, silahlı münaqişədən zərər çəkmiş insanlara ünvanlanmış "We are here to help" (“Biz kömək etmək üçün buradayıq”) Polşa-Azərbaycan layihəsinə yekun vuran konfrans keçirilib.

Bakıda keçirilən yekun konfransda layihəni dəstəkləyən qurumların (Azərbaycan Respublikasının Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Nizami, Xəzər və Pirallahı Rayonlarının İcra Hakimiyyətləri, Polşa Respublikasının Bakıdakı Səfirliyi) nümayəndələri və həyata keçirilməsində iştirak edən tibb müəssisələri (Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Suraxanı Reabilitasiya Mərkəzi) iştirak ediblər.
Qeyd edək ki, layihə 2021-2022-ci illərdə ADRA Polşa və ADRA Azərbaycan Fondları tərəfindən Polşa Respublikası Xarici İşlər Nazirliyinin Polşanın inkişaf əməkdaşlığı proqramı - Polşa Yardımı çərçivəsində həyata keçirilib.

Layihə mülki əhaliyə və hərbi əməliyyatların nəticələrindən zərər çəkmiş insanlara dəstək olmaq məqsədi daşıyırdı. Layihəyə reabilitasiya, psixoterapiya, fizioterapiya, əmək terapiyası, nitq və nitq patologiyası, davranış terapiyası və koqnitiv terapiya, tibb işçiləri üçün treninqlər daxil idi.
Layihə çərçivəsində ümumilikdə 2000-dən çox Azərbaycanlı benefisiar (veteranlar, onların ailələri və hərbi əməliyyatların nəticələrindən zərər çəkmiş digər şəxslər daxil olmaqla) müxtəlif növ yardımlar alıb.

Şərhlər: 0

Şərh yaz