Azinfo » Xəbər » Sosial xəbərlər » Masallı rayonunun Viləş kəndində Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin anım mərasimi keçirilmişdir.

Masallı rayonunun Viləş kəndində Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin anım mərasimi keçirilmişdir.

Tarix : 10-11-2022   /   Xəbər / Sosial xəbərlər  


Masallı rayonunun Viləş kəndində Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin anım mərasimi keçirilmişdir.  Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov, YAP Masallı Rayon Təşkilatının Sədri Seyfəddin Əliyev, hüquq-mühafizə orqanları rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.



 Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov 44 günlük Vətən Müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyev və onun ətrafında sıx birləşən şəhidlər, qazilər və Vətən Müharibəsi iştirakçılarının uğur və şücaətindən danışdı. Sonra isə cənab Araz Əhmədov Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin anası, hər kəsin qəhrəmanlar anası kimi tanıdığı Ziba xanım Əsgərliyə Şuşa səfəri zamanı çəkilmiş şəklindən hazırlanmış portret hədiyyə etdi. Tədbirdə "Natavan Halay" qrupu bayatılar toplusundan hazırladıqları kompozisiyaları təqdim etdilər. Kompozisiya sonrasında İntiqam Əsgərlinin adını daşıyan  məktəbin şagirdləri anım gününə həsr etdikləri şeirləri səsləndirdilər. Daha sonra Ziba xanım çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin,  Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın , Rayon İcra Hakimiyyətinin Başçısının, Millət vəkillərinin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğının şahidi olduqlarını, hiss etdiklərini vurğuladı. Tədbirin gedişatı zamanı Ziba xanım Əsgərli yenidən çıxış edərək,  " Masallı xəbərləri " milli informasiya portalının və " Masallı xəbərləri " YouTube kanalının  təsisçisi Rauf Cəbiyevin hər zaman şəhid ailələrinin yanında olduğunu qeyd edərək, ona təşəkkürünü bildirdi və mənəvi dəyəri olan hədiyyəni ona təqdim etdi. 

Anım mərasimi ehsan süfrəsi ilə başa çatıb.



Rauf Cəbiyev

Şərhlər: 0

Şərh yaz