Azinfo » Xəbər » Sosial xəbərlər » COVID-lə mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb

COVID-lə mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb

Tarix : 02-04-2022   /   Xəbər / Sosial xəbərlər  

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti mayın 1-dək uzadılıb.

Əvvəl bu müddət martın 1-dək nəzərdə tutulmuşdu

Şərhlər: 0

Şərh yaz