Azinfo » Xəbər » Sosial xəbərlər » ETSN: Xocalıda sülhməramlıların komandanlığı ilə faydalı qazıntıların qanunsuz istismarı barədə müzakirələr aparılıb, yol xəritəsi hazırlanacaq

ETSN: Xocalıda sülhməramlıların komandanlığı ilə faydalı qazıntıların qanunsuz istismarı barədə müzakirələr aparılıb, yol xəritəsi hazırlanacaq

Tarix : 04-12-2022   /   Xəbər / Sosial xəbərlər  
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə keçərək, Xocalıda sülhməramlı qüvvələrin qərargahında sülhməramlıların komandanlığı ilə müzakirələri davam etdiriblər.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbər verir ki, müzakirələr əsnasında Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində aparılan qeyri-leqal iqtisadi fəaliyyətlər çərçivəsində faydalı qazıntıların qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlarla bağlı ciddi narahatlıq və narazılıq bir daha ifadə olunub. Bu xüsusda, faydalı qazıntıların qanunsuz istismarının aparıldığı yataqlarda və müvafiq digər məntəqələrdə monitorinq, əmlakın inventarizasiyası və ekoloji araşdırma işlərinin aparılmasının vacibliyi vurğulanıb.

Şərhlər: 0

Şərh yaz